emissiya qiymətli kağızlarının sertifikatı

Emitent tərəfindən və ya emitentin tapşırığı ilə müvafiq depozitar tərəfindən buraxılan və qiymətli kağızların sertifikatda göstərilən sayına hüquqların məcmusunu təsdiqləyən sənəd

emalçı
emitent
OBASTAN VİKİ
Emissiya
Pulların emissiyası (ing. Money creation) — bu tədavülə əlavə pul burax­maq­dır ki, bu da tədavüldə olan pul kütləsinin artımına gətirir çıхa­rır. Emissiya (ing. issue) — bütün növ pul nişanlarının və qiymətli kağızların dövriyyəyə buraxılması. Pul nişanlarının emissiyası bir qayda olaraq dövlətə məxsusdur. Pulun emissiyasını ölkənin Mərkəzi Bankı həyata keçirir. Qiymətli kağızların emissiyası isə həm dövlət orqanları, həm də qeyri-dövlət qurumları tərəfindən həyata keçirilə bilər. Məhz bu cəhətinə görə qiymətli kağızları 2 qrupda təsnifləşdirilir: dövlət və qeyri dövlət . == Haqqında == Tədavülə pul buraxmaq hər gün bank əməliyyatları apa­rı­lan zaman icra olunur. Nağd pulun tədavülə buraxılması kas­­sa əməliyyatı aparılan vaxt baş verir bu da bankların müş­­tərilərə öz kassalarından nağd pul verməsi ilə davam edir (əməkhaqqının ödənişi, nağd formada əhaliyə verilən ssudalar).
Emissiya prospekti
Emissiya prospekti - (ing. Prospectus)- Müəyyən qiymətli kağızın yeni buraxılışı (emissiyası) zamanı qiymətli kağızlar bazarının buraxılışının tənzimləməsi üzrə səlahiyyətli quruma təqdim edilən, emitent və buraxılan kağız haqqında məlumatlar əks olunan sənəd.
Termoelektron emissiya
Termoelektron emissiya — yüksək tempraturun köməyi ilə elektronun metaldan ayrılması hadisəsi. İlk dəfə 1881‐ci ildə Amerika ixtiraçısı Tomas Edison tərəfindən aşkar edilmişdir. O, kömür elektrodlu közərmə lampaları ilə təcrübələr apararkən lampada vakuum yaratmış və buraya kömür teldən əlavə, həm də müstəvi metal lövhə yerləşdirmişdir. Metal lövhəni naqil vasitəsi ilə qalvanometrə sonra isə xarici gərginlik mənbəyinin müsbət qütbünə birləşdirdikdə, qalvanometrin cərəyan göstərdiyini müşahidə etmişdir. Həmin lövhəni mənbəyin mənfi qütbünə birləşdirdikdə isə qalvanometrdən cərəyan keçməmişdir. Bu effekt, Edison effekti, qızmış metalların və başqa cisimlərin qaz və ya vakuumda özündən elektron buraxması hadisəsi isə termoelektron emissiya adlandırıldı.
Depozit sertifikatı
Depozit sertifikatı (ing. deposit certification) — üzərində göstərilən məbləğin bank tərəfindən əmanətə qəbul edilməsini bildirən adsız qiymətli kağızdır. Depozit sertifikatı qiymətli kağızların hüquqi şəxslər tərəfindən əldə olunan formasıdır. Bu sertifikatlar pul vəsaitlərinin bank tərəfindən depozitə qəbul edilməsini yazılı sübut edən, sahibinə müəyyən müddətdə tam məbləğdə depoziti və hesablanmış faizi almaq hüququ verir. Bu sertifikatın nominal qiyməti yüksək olur. Depozit əmanət müqaviləsindən fərqli olaraq, müvafiq hüquqları təslim etməklə sertifikat bir şəxsdən digərinə keçə bilər ki, bu da onu qiymətli kağız edir. Depozit sertifikatı üzrə hüquqların təslim edilməsi haqqında razılaşmanı hər tərəfdən iki şəxs imzalayır və tsedentlə tsessionari möhürləyir. Sertifikatlar aşağıdakı mütləq rekvizitlərə malik olmalıdır ki, bunların birinin olmaması sertifikatı yararsız edir: depozit və ya əmanət sertifikatının adı Sertifikatın verilmə səbəbinin göstərilməsi Sertifikatla təsdiqlənmiş vəsait qoyuluşunun məbləği (rəqəm və yazı ilə) bankın əmanət qoyulmuş vəsaiti kreditora mütləq qaytarılması haqda şərtsiz öhdəliyi depozitin və ya əmanətin qoyulduğu tarix Sertifikat üzrə əmanətçinin məbləği tələb etdiyi tarix depozitin və ya əmanətdən istifadə edildiyi üçün (faizlə) gəlir dərəcəsi nəzərdə tutulan gəlir dərəcəsinin pul vahidi ilə göstərilməsi depozit Sertifikatı üçün emitent-bankın adı və ünvanı, əmanət bankı üçün yatırımçının ünvanı 2 nəfər bank müvəkkillərinin imzası bankın möhürü. == İstinadlar == == Mənbə == Kənan Aslanlı. Dövlət Maliyyəsi Terminləri Lügəti.
ISO sertifikatı
Beynəlxalq standartlaşdırma təşkilatı - ISO (ing. International Organization for Standardization) — beynəlxalq təşkilat olub elektrik, elektronika və telekomunikasiya istisna olunmaqla bütün sahələr üzrə standartların hazırlanması ilə məşğuldur. ISO dövlətlərarası sahədə standartları təmin etmək məqsədilə 23 fevral 1947-ci ildə təsis olunmuşdur. Elektrik və elektronika üçün "Beynəlxalq elektrotexniki kommisiya - IEC", telekommunikasiya üzrə isə "Beynəlxalq rabitə birliyi - ITU" cavabdehdir. Bu üç təşkilat birlikdə "Dünya standart koperasiyasını -WSC (World Standards Cooperation) təşkil edirlər. ISO təşkilatına 157 ölkə üzv olmuşdur. İSO-nun rəsmi dili fransız və ingilis dilləridir. Eyni zamanda bu təşkilat standartların tərcümələrinə də məsuliyyət daşıyır. == Tarixi haqqında == XX əsrin əvvəlində maşıntəmiri tərtibatların geniş tətbiqi, hissələrin böyük sayda hazırlanmasını sürətləndirməyi və qarşılıqlı əvəzolunmanın tətbiqini tələb edirdi. Qarşılıqlı əvəzolunma, ölçmə üsulları və oturtma sistemlərinin yaradılması ilə XX əsrin əvvəlində maşıntəmiri yeni mərhələyə qədəm qoyur.
RIAA sertifikatı
RIAA sertifikatı (ing. The Recording Industry Association of America, azərb. Amerika Səsyazma Sənayesi Birliyi) ABŞ-də musiqiçilərin satdığı albom və sinql sayına görə verilən müükafatdır. ABŞ-dən başqa digər dövlətlərdə də bu cür sertifikat sistemləri də mövcuddur. == Sertifikat növləri == 500.000 nüsxə: Qızıl albom. 1.000.000 nüsxə: Platin albom. 2.000.000 nüsxə: Multi-Platin albüm. 10.000.000 nüsxə: Almaz albüm.
İnvestisiya sertifikatı
Əmanət sertifikatı
Əmanət sertifikatı (ing. savings certificate) — fiziki şəxs tərəfindən banka qoyulmuş əmanətin məbləğini və əmanətçinin (sertifikat sahibinin) sertifikatı vermiş bankda və ya hər hansı filialda əmanət məbləğini və sertifikatda nəzərdə tutulmuş müəyyən edilmiş müddət bitdikdən sonra bank faizləri almaq hüququnu təsdiq edən qiymətli kağız. Əmanət sertifikatının başqa adı — əmanət sertifikatı - bankın orada saxlanılan əmanəti və faizləri ödəmək öhdəliyini ifadə edir. Əmanət sertifikatı hesablaşma və ya ödəniş sənədi kimi xidmət edə bilməz.
Qiymətli daşlar
Qiymətli daşlar — təbiətdə nadir tapılan, gözəl xarici görünüşə malik minerallar. Qiymətli daşlar ta qədimdən insanları cəlb etmiş, bu daşlara maraqlı xüsusiyyətlər uydurulmuş, onların müalicəvi əhəmiyyətinə inanmışlar. Məsələn, sapfirin ilanı öldürməsinə, heliotropun insanı gözə görünməz etməsinə, ametisti dilin altına qoyanda sərxoşluqdan qoruduğuna inanmışlar. Qədim Roma yazıçı və alimi Böyük Pliniy (bizim eranın 23–79-cu illər) özünün " Təbiətin tarixi" əsərində əqiq haqqında yazırdı ki, bəzən aqatda Apollon və doqquz muzanı görmək mümkündür, həm də onları "süni yolla ayırmaqla yox, təbiət elə rəng vermişdir ki, hər muzanın öz xüsusiyyətlərini təbii olaraq ayrılıqda görmək olar". Orta Asiya alimi Biruni (973 −1050-ci illər) yazırdı: " Əgər ilanın qarşısında zümrüdü saxlasan, onun gözündən yaş axacaq, və o kor olacaqdır. Bu faktı çoxları təcrübələrinə görə təsdiq edir…". Daşlar haqqında qədim kitablarda –"lapidariya"larda insanların ilkin məlumatları çox primitiv olmuş, inanca əsaslanmışdır. Bütün bunlara baxmayaraq, elə orada bəzi elmi fikirlərin cücərtilərini görmək olar. Misal üçün, almazı dayanıqlığın və cəsarətin, qorxmazlığın, bədbəxtliyə üstün gəlməyin simvolu kimi görürdülər. İndi bir çox insanlara məlumdur ki, almaz ən bərk metalları belə aşılaya bilir.
Qiymətli kağız
Qiymətli kağız — müəyyənləşdirilmiş formaya riayət edilməklə hər hansı hüququ təsdiqləyən elə bir sənəddir ki, həmin hüquq bu sənəd olmadan həyata keçirilə və başqa şəxsə verilə bilməz. == Qiymətli kağızların növləri == Qiymətli kağızlar, pul və yaxud əmtəə sənədləridir, onların sahibinə mülk hüquqları verilir və müəyyən pul məbləğlərinin, gəlirlərin alınmasına hüquq verir. Pullu qiymətli kağızlara — istiqraz vərəqələrini, vekselləri, pul çeklərini aid etmək olar. Əmtəə qiymətli kağızlara — onların sahiblərinin maddi, mülkiyyət hüquqlarını təsbit edən konosamentlər (əmtəə fakturaları), anbar vəsiqələri aiddir. Qiymətli kağızların arasında xüsusi yeri səhmlər tutur, onlar istər pul istərsə də mülk hüquqlarını əks etdirir. Qiymətli kağızlar alqı-satqı obyekti ola bilər. Qiymətli kağız forması və rekvizitləri qanunvericiliklə müəyyənləşən və hər hansı hüququ təsdiq və təsbit edən sənəddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 987.1-ci maddəsində qiymətli kağız anlayışı aşağıdakı kimi verilmişdir:"Qiymətli kağız müəyyənləşdirilmiş formaya riayət olunmaqla hər hansı hüququ təsdiqləyən elə bir sənəddir ki, həmin hüquq bu sənəd olmadan nə həyata keçirilə bilər, nə də başqa şəxsə verilə bilər. Qiymətli kağız başqasına verildikdə onun təsdiqlədiyi bütün hüquqlar da keçir." ABŞ-nin Vahid Ticarət Kodeksində qiymətli kağızlara aşağıdakı anlayış verilir: Qiymətli kağızlar (securities) – pul kapitalını cəlb etmək üçün silsiləvi olaraq buraxılan qiymətli kağızlardır, yəni: səhm, istiqraz, dövlətin borc öhdəlikləri və onlardan törəyən sənədlərdir (klassik opsionlar, varrant, üstünlük hüququ və s.).Qiymətli kağızları iki böyük qrupa ayırmaq olar; birinci dərəcəli əsas qiymətli kağızlar, ikinci dərəcəli törəmə qiymətli kağızlar. Birinci dərəcəli əsas qiymətli kağızlara mülkiyyət hüququ olan — pul, əmtəə, əmlak, kapital və s.
Qiymətli kağızlar
Qiymətli kağız — müəyyənləşdirilmiş formaya riayət edilməklə hər hansı hüququ təsdiqləyən elə bir sənəddir ki, həmin hüquq bu sənəd olmadan həyata keçirilə və başqa şəxsə verilə bilməz. == Qiymətli kağızların növləri == Qiymətli kağızlar, pul və yaxud əmtəə sənədləridir, onların sahibinə mülk hüquqları verilir və müəyyən pul məbləğlərinin, gəlirlərin alınmasına hüquq verir. Pullu qiymətli kağızlara — istiqraz vərəqələrini, vekselləri, pul çeklərini aid etmək olar. Əmtəə qiymətli kağızlara — onların sahiblərinin maddi, mülkiyyət hüquqlarını təsbit edən konosamentlər (əmtəə fakturaları), anbar vəsiqələri aiddir. Qiymətli kağızların arasında xüsusi yeri səhmlər tutur, onlar istər pul istərsə də mülk hüquqlarını əks etdirir. Qiymətli kağızlar alqı-satqı obyekti ola bilər. Qiymətli kağız forması və rekvizitləri qanunvericiliklə müəyyənləşən və hər hansı hüququ təsdiq və təsbit edən sənəddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 987.1-ci maddəsində qiymətli kağız anlayışı aşağıdakı kimi verilmişdir:"Qiymətli kağız müəyyənləşdirilmiş formaya riayət olunmaqla hər hansı hüququ təsdiqləyən elə bir sənəddir ki, həmin hüquq bu sənəd olmadan nə həyata keçirilə bilər, nə də başqa şəxsə verilə bilər. Qiymətli kağız başqasına verildikdə onun təsdiqlədiyi bütün hüquqlar da keçir." ABŞ-nin Vahid Ticarət Kodeksində qiymətli kağızlara aşağıdakı anlayış verilir: Qiymətli kağızlar (securities) – pul kapitalını cəlb etmək üçün silsiləvi olaraq buraxılan qiymətli kağızlardır, yəni: səhm, istiqraz, dövlətin borc öhdəlikləri və onlardan törəyən sənədlərdir (klassik opsionlar, varrant, üstünlük hüququ və s.).Qiymətli kağızları iki böyük qrupa ayırmaq olar; birinci dərəcəli əsas qiymətli kağızlar, ikinci dərəcəli törəmə qiymətli kağızlar. Birinci dərəcəli əsas qiymətli kağızlara mülkiyyət hüququ olan — pul, əmtəə, əmlak, kapital və s.
Adsız qiymətli kağız
Adsız qiymətli kağızlar — qiymətli kağız o halda adsız sayılır ki, ona əsasən borclu öhdəliyi bu qiymətli kağızı təqdim edən istənilən şəxsə icra etməyi öz üzərinə götürür. [mənbə göstərin]Adsız qiymətli kağız - Sahibi haqqında heç bir yerdə qeydiyyat aparılmayan qiymətli kağızlar. Bu qiymətli kağızlar üzrə sahiblik hüququ müvafiq sertifikatı təqdim edən şəxsə aiddir. Anonimliyini saxlamaq istəyən investorlar üçün maraqlıdır. (Mülki Məcəllə Komentariyası) Adsız səhmlər - Sahibi haqqında heç bir yerdə qeydiyyat aparılmayan səhmlər. Bu səhmlər üzrə sahiblik hüququ müvafiq sertifikata malik olan şəxsə aiddir.
Adsız qiymətli kağızlar
Adsız qiymətli kağızlar — qiymətli kağız o halda adsız sayılır ki, ona əsasən borclu öhdəliyi bu qiymətli kağızı təqdim edən istənilən şəxsə icra etməyi öz üzərinə götürür. [mənbə göstərin]Adsız qiymətli kağız - Sahibi haqqında heç bir yerdə qeydiyyat aparılmayan qiymətli kağızlar. Bu qiymətli kağızlar üzrə sahiblik hüququ müvafiq sertifikatı təqdim edən şəxsə aiddir. Anonimliyini saxlamaq istəyən investorlar üçün maraqlıdır. (Mülki Məcəllə Komentariyası) Adsız səhmlər - Sahibi haqqında heç bir yerdə qeydiyyat aparılmayan səhmlər. Bu səhmlər üzrə sahiblik hüququ müvafiq sertifikata malik olan şəxsə aiddir.
Hibrid qiymətli kağızlar
Listinq (qiymətli kağızlar)
Listinq (ing. list — siyahı) — qiymətli kağızların birja siyahısına daxil edilməsi (birja ticarətinə buraxılmış qiymətli kağızların siyahısı), qiymətli kağızların birja tərəfindən müəyyən edilmiş şərtlərə və tələblərə uyğunluğunun monitorinqi prosedurlarının məcmusu. Siyahıya tez-tez mübadilə siyahısının özü deyilir. Qiymətli kağızlar sənədlərin yoxlanılmasından və qiymətli kağızın birinci və ya ikinci səviyyəli kotirovka vərəqəsinə daxil edilməsindən sonra listinq prosedurundan keçmiş kimi tanınır. Siyahıya salınma proseduru aşağıdakı addımları əhatə edir: qiymətli kağızların listinqinə və ikinci səviyyəli kotirovka vərəqəsinə daxil edilməsi qaydası haqqında arayış, habelə listinqdə olmayan qiymətli kağızların ticarət təşkilatçısı vasitəsilə dövriyyəyə buraxılması haqqında ərizə. Qiymətli kağızların listinqi və onların birinci səviyyəli kotirovka vərəqəsinə daxil edilməsi qaydası haqqında ərizə yalnız həmin qiymətli kağızların emitenti tərəfindən verilə bilər. Ekspert qiymətləndirməsi üçün birja ilə müqavilənin bağlanması. Emitentin maliyyə-təsərrüfat fəaliyyətinə təsir göstərən mühüm faktlar haqqında məlumatın açıqlanması. Emitentin gəlirliliyi, likvidlik əmsalları və s. kimi göstəricilər əsasında qiymətli kağızların ekspertizasının aparılması.
Qiymətli kağızlar bazarı
Qiymətli kağızlar bazarı, fond bazarı (ing. securities market, ing. stock market, ing. equity market) — iştirakçıları arasında qiymətli kağızların buraxılması və dövriyyəsi ilə əlaqəli iqtisadi münasibətlər məcmusu. == Qiymətli kağızlar bazarının infrastrukturu == == Tarixi == Qiymətli kağızlar bazarının tarixi bir neçə əsrdir. Onun meydana gəlməsi çox vaxt 15–16-cı əsrlərdə dövlət qiymətli kağızları bazarının yaranması ilə əlaqələndirilir. Bu dövrdə dövlət ehtiyacları üçün vəsait çatışmazlığını ödəmək üçün lazım olan əlavə vəsait cəlb etmək üçün dövlətlər həm daxili, həm də xaricdə qiymətli kağızlar buraxmağa və yerləşdirməyə başladılar. Məsələn, 1556-cı ildə dövlət qiymətli kağızlarının yerləşdirilməsi üzrə əməliyyatların aparıldığı Antverpendə birja quruldu. XVI əsrin əvvəllərində. ticarətin təkamülü birjaların meydana çıxmasına səbəb oldu.
Qiymətli kağızların alınması
Qiymətli kağızların alınması (uzun alış və ya uzun mövqe, həmçinin yüksək alış) (ing. long buying) — qiymətli kağızların və ya valyutanın dəyərinin artması gözləntisi ilə əldə edilməsi. Valyuta əməliyyatlarının çox hissəsini təşkil edən valyuta əməliyyatlarının ən mühüm növü spot əməliyyatlardır. “Al və saxla” investisiya strategiyasına uyğundur. == Təhlükəsizlik == Səhm və ya istiqraz kimi qiymətli kağızlar baxımından və ya ekvivalent olaraq, qiymətli kağızda uzun müddətə sahib olmaq o deməkdir ki, qiymətli kağızın qiyməti qalxarsa, qiymətli kağızın bahalaşacağı və qazanc əldə edəcəyi gözləntiləri ilə vəzifə sahibi qiymətli kağıza sahibdir. Uzun vəzifələrə investisiya etmək daha çox yayılmış investisiya təcrübəsidir. == Gələcək == Gələcəkdə uzun müddət davam etmək o deməkdir ki, mövqe sahibi müqavilənin müddəti başa çatdıqda əsas aləti müqavilə qiymətinə almağa borcludur. Vəzifə sahibi əsas alətin qiyməti artarsa, qazanc əldə edəcək, çünki ödədiyi qiymət bazar qiymətindən az olacaq. == Seçim == Seçim investoru zənglər üzrə satmaq opsionlarını almaq və ya satmaqla əsas investisiyada uzun mövqeyə (texniki jarqonda “in” sözü buraxılır) daxil olur. Bu, əsas aktivi almaq və ya ticarət fyuçersləri ilə uzun müddət davam etməkdən fərqlidir, çünki opsionda uzun müddət davam etmək, əsas alətin qiymətinin qalxacağı təqdirdə opsion sahibinin mənfəət əldə edəcəyi demək deyil.
Qiymətli kağızların emissiyası
Qiymətli kağızların emissiyası — emissiya qiymətli kağızlarının maliyyə bazarlarında yerləşdirilməsi üçün emitentin qanunla müəyyən edilmiş hərəkətlərinin ardıcıllığı; qiymətli kağızların dövriyyəyə buraxılması, o cümlədən qiymətli kağızların onların ilk sahiblərinə - vətəndaşlara və ya hüquqi şəxslərə satılması. Şirkətlər tərəfindən qiymətli kağızların (səhmlərin və istiqrazların) buraxılması uzunmüddətli (buraxılmış) kapitalın cəlb edilməsi vasitələrindən biridir. Bir qayda olaraq, səhmlər əlavə kapitala cari ehtiyacları ödəmək üçün səhmdar cəmiyyət tərəfindən buraxılır, istiqrazlar isə uzunmüddətli borclanma növüdür. Qiymətli kağızların emissiyası sənaye, ticarət, kommunal və məişət xidməti, kredit və maliyyə sahəsində səhmdar cəmiyyətləri, habelə dövlət tərəfindən həyata keçirilə bilər. == Qiymətli kağızların buraxılışının mərhələləri == Qiymətli kağızların standart emissiyası aşağıdakı addımları əhatə edir: emissiya qiymətli kağızlarının yerləşdirilməsi haqqında qərar qəbul edilməsi; səhm qiymətli kağızlarının buraxılması haqqında qərarın təsdiq edilməsi; emissiya qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyatı; emissiya qiymətli kağızlarının yerləşdirilməsi (qiymətli kağızların əsas sahiblərə verilməsi); emissiya qiymətli kağızlarının emissiyasının nəticələri haqqında hesabatın dövlət qeydiyyatına alınması və ya emissiya qiymətli kağızlarının buraxılışının nəticələri haqqında bildirişin qeydiyyat orqanına təqdim edilməsi.Bəzi hallarda qiymətli kağızların buraxılması proseduru standartdan fərqli ola bilər. Beləliklə, məsələn, birləşmə, bölünmə, ayrılma və çevrilmə formasında həyata keçirilən səhmdar cəmiyyəti yaradılarkən və ya hüquqi şəxslərin yenidən təşkili zamanı qiymətli kağızların buraxılması qaydası aşağıdakı kimidir: emissiya qiymətli kağızlarının yerləşdirilməsi haqqında qərar qəbul edilməsi; emissiya qiymətli kağızlarının yerləşdirilməsi; emissiya haqqında qərarın və emissiya qiymətli kağızlarının emissiyasının nəticələri haqqında hesabatın təsdiqi; emissiyanın eyni vaxtda dövlət qeydiyyatı və emissiya qiymətli kağızlarının emissiyasının nəticələri haqqında hesabat. == Qiymətli kağızların buraxılışının məqsədləri == Məsələnin məqsədi lazımi vəsaiti toplamaqdır. Qiymətli kağızlar emitentlər tərəfindən aşağıdakı məqsədlərdən biri üçün buraxılır: Səhmdar cəmiyyəti yaradılarkən ilkin nizamnamə kapitalının formalaşdırılması; Səhmdar cəmiyyətinin nizamnamə kapitalının artırılması; Əvvəllər buraxılmış qiymətli kağızların konsolidasiyası və ya bölünməsi; Səhmdar cəmiyyətinin və ya digər hüquqi şəxslərin yenidən təşkili (səhmdar cəmiyyətinə çevrildikdə); Təsərrüfat subyektinin əvvəllər buraxılmış qiymətli kağızlarının verdiyi hüquqların həcminin dəyişməsi; Öz kapitalının doldurulması (borc alınmayan investisiyaların cəlb edilməsi); Borclanmış investisiyaların cəlb edilməsi. == Qiymətli kağızlar prospektində yerləşdirilmiş məlumatlar == Qiymətli kağızlar prospektində yerləşdiriləcək qiymətli kağızlar haqqında aşağıdakı məlumatlar göstərilməlidir: səhmlər haqqında ümumi məlumat (kateqoriya, növü, hərəkət forması); qiymətli kağızlara hüquqların saxlanması və uçotu qaydasını; emissiyanın ümumi həcmi (nominal ilə); yerləşdiriləcək səhmlərin sayı; bir səhmin nominal dəyəri; səhmlərin verdiyi hüquqlar; istiqrazlar haqqında ümumi məlumatlar (istiqrazların seriyası və forması, buraxılışının ümumi həcmi, yerləşdiriləcək istiqrazların sayı, bir istiqrazın nominal dəyəri; istiqrazların verdiyi hüquqlar; istiqrazın ödəmə müddəti; istiqrazların ödənilməsi şərtləri və qaydası; qiymətli kağızların emitenti haqqında məlumatlar; qiymətli kağızlara hüquqların uçotunu aparan təşkilatların (registratorların) adları; qiymətli kağızların yerləşdirilməsinin başlama və bitmə tarixləri; yerləşdirilmiş istiqrazlar üçün təminat; qiymətli kağızların yerləşdirilməsinin dəyəri və hesablaşma şərtləri (qiymətli kağızın yerləşdirilməsi qiyməti və ödəniş forması) haqqında məlumat; qiymətli kağızların ödənilməsi şərtləri və qaydası; qiymətli kağızların ilkin yerləşdirilməsində iştirak edən təşkilatlar (anderrayterlər) haqqında məlumatlar; qiymətli kağızların yerləşdirilməsindən əldə edilən vəsaitdən istifadə istiqaməti; qiymətli kağızlardan gəlirlər haqqında məlumat; yerləşdirilmiş qiymətli kağızlar üzrə gəlirlərin vergiyə cəlb edilməsi qaydası və s. == İstinadlar == == Xarici keçidlər == Эмиссия // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т.
Vəsiqələr (qiymətli kağız)
Vəsiqələr — müəssisə tərəfindən öz səhmləri üçün buraxılmış call-opsionlardır. Onlar səhmdarlara adi səhmlərin yeni emissiyasına onların açıq yerləşdirilməsindən öncə abunə olmaq hüququ verir. Dövriyyədə olan hər bir səhm bir vəsiqə alır. Bir səhm müəyyən sayda vəsiqə+ abunə qiymətinə bərabər pul məbləğinə alınır. Yeni səhmlərə abunə qiyməti adətən buraxılma anına səhmlərin bazar qiymətindən aşağı təyin edilir. == Müddətinə görə vəsiqələr == Vəsiqələr adətən qısamüddətli olur (emissiya anından 2-10 həftə müddətinə) və onların icra müddətinə qədər sərbəst dövriyyədə olurlar. Müəyyən tarixədək köhnə səhmlər vəsiqələrlə birgə satılır, yəni səhmlərin alıcısı həm də vəsiqələr buraxılırsa onları da əldə edir. Bu tarixdən sonra səhmlər vəsiqəsiz və daha aşağı qiymətə satılır. Bəzən səhmlərin populyar buraxılışlarına vəsiqələr birjada, digər hallarda isə birjadankənar bazarda satılır. Vəsiqələr səhmlərin bölünməsi və dividendlərin səhmlərlə ödənilməsindən müdafiə olunmayıblar.
Qiymətli kağızlar bazarında manipulyasiyalar
Qiymətli kağızlar bazarında qiymətlərlə manipulyasiya qiymətli kağızlar bazarının stabilliyinin pozulmasına səbəb ola bilən, qiymətli kağızlar bazarının iştirakçılarının qiymətli kağızlarla əqdlər üzrə qiymətli kağızların bazar qiymətinin hər hansı bir üsulla əvvəlcədən razılaşdırılmış, qəsdən edilmiş əməllər ilə süni olaraq dəyişdirilməsidir. == Manipulyasiyaların növləri == Bağlanma anında qiymət qoyuluşu (Marking the close). Qiymətli kağızların bağlanış qiymətini (törəmə maliyyə alətlərinin isə müqavilə müddətinin son günündə) dəyişmək üçün bazarın bağlanma anına yaxın onların qəsdən alınması/satılması. Qiymətli kağızların kütləvi təklifindən sonra sövdələşmə aparmaq (Colluding in the after market of an İPO).Bu hal, xüsusilə, qiymətli kağızların ticarəti başlayan kimi müşahidə olunur. İlkin kütləvi təklif zamanı səhmlərini yerləşdirmiş tərəflər qiymətli kağızların qiymətini süni olaraq qaldıraraq digər investorların marağını artırmaq və sonradan öz səhmlərini istədikləri qiymətə satmaq məqsədilə, ticarət başlayan kimi əlavə səhmləri almaq haqqında gizli razılığa gəlirlər. Qanunsuz sıxışdırma (Abusive squeeze). Manipulyasiyanın bu növü, maliyyə aktivlərinin və/yaxud “derivativ” müqavilələrin əsasını təşkil edən məhsulların təklifi, tələbatı və ya çatdırılma mexanizmləri üzərində nəzərə çarpacaq təsiri olan, qiymətləri ciddi surətdə təhrif etmək (və digərlərinin öz öhdəliklərini yerinə yetirmələri üçün məhsulu bu qiymətə çatdırmaq, qəbul etmək və ya təxirə salmağa məcbur etmək) məqsədini güdən dominant tərəfə və ya tərəflərə aiddir (Qeyd etmək lazımdır ki, tələb və təklifin müvafiq nisbəti bazarda gərginlik yarada bilər. Lakin bu, özü-özlüyündə bazarda manipulyasiya hesab edilə bilməz. Həmçinin məhsulun təklifi üzərində nəzərə çarpacaq nəzarət, özü-özlüyündə manipulyasiya hesab edilməməlidir Qiymət üzrə minimal səviyyənin yaradılması (Creation of a floor in the price pattern). Bu addımlar adətən emitentlər və ya onlara nəzarət edən digər təşkilatlar tərəfindən atılır və bu zaman, əqdlər və sifarişlər elə üsulla keçirilir ki, səhmin qiymətinin müəyyən səviyyədən aşağı düşməsinin qarşısını alan maneələr yaradılsən.
Qiymətli kağızlar üzrə zəmanət
Sahibi müəyyən edilmiş qiymətli kağızları 1 ildən 5 il perspektivində müəyyən qiymətə almaq hüququ verir. Beləliklə, zəmanət alıcısı səhmdarlar tərkibindəki payını zərər görməkdən qoruyur. Zəmanətlər birjadankənar bazarlarda alınıb-satılır və biznesdə öz payını qorumaq istəyən səhmdarlar tərəfindən istifadə edilir.
İkinci qiymətli kağızlar bazarı
İkinci qiymətli kağızlar bazarı — qiymətli kağızların alınıb satıldığı bazardır. Bu bazar artıq emitent üçün yeni maliyyə mənbələri yığmır, yalnız sonrakı investorlar arasında mənbələri yenidən bölüşdürür. Yenidən satma mexanizmi olaraq, investorlara sərbəst qiymətli kağızları alqı-satqı imkanı verir. İkincili bazar və ya onun zəif təşkilatı olmadığı təqdirdə, qiymətli kağızların sonrakı satışı qeyri-mümkün və ya çətin olardı, bu da investorları qiymətli kağızların hamısını və ya bir hissəsini almaqdan çəkindirəcəkdir. Nəticədə, cəmiyyət itirən tərəfdə qalacaqdı, çünki bir çoxu, xüsusən də ən yeni təşəbbüslər lazımi maddi dəstəyi almayacaqdı. == Təkrar bazarın növləri == Təkrar qiymətli kağızlar bazarı mübadilə (mütəşəkkil) və qeyri-mübadilədir (mütəşəkkil deyil). birja qiymətli kağızlar bazarı qiymətli kağızların dövriyyəsi sahəsində peşəkar iştirakçılar tərəfindən təşkil olunan və iştirakçılarının bir yerdə, eyni zamanda ticarət üçün birləşməsi ilə xarakterizə olunan bir bazardır. Pul kapitalının hərəkətinə xidmət edən mütəşəkkil, müntəzəm fəaliyyət göstərən bir bazardır. Bu bazar növü, nizamnamə kapitalının real işləmə səviyyəsini əks etdirən qiymətli kağızlara tələb və təklifi, onların balansını birja qiymətləri hesabına cəmləşdirməyə imkan verir. birjadan kənar qiymətli kağızlar bazarı, təşkilatçı olmadığı təqdirdə və ticarətin tək bir vaxtı və yeri olan bazar iştirakçıları arasında həyata keçirilən iqtisadi münasibətlər sistemidir.
Ən kiçik qiymətli bit
Ən kiçik qiymətli bit (en. least significant bit (LSB)) – bir və ya daha artıq bayt ardıcıllığında: ikilik ədədin aşağı mərtəbə (adətən, ən sağdakı) biti. Kompüterdə verilənlər ikilik say sisteminin rəqəmləri ilə təsvir olunur. Verilənlərin bu cür təsviri ikilik kod adlanır. İnformasiyanın ikilik rəqəmlərlə yazılması ikilik kodlaşdırma, ikilik rəqəmlərin özləri isə bit (ing. binary digit — ikilik rəqəm) adlanır. Bit — informasiyanın ən kiçik ölçü vahididir. Bit çox kiçik vahid olduğundan, kompüter texnikasında informasiya vahidi kimi 8 bitdən ibarət olan baytdan istifadə edilir. Baytda hər bir bit yalnız iki qiymət — 0 və 1 ala bilər. Ən kiçik qiymətli simvol (en.
İlkin qiymətli kağızlar bazarı
İlkin qiymətli kağızlar bazarı — ilk buraxılmış qiymətli kağızların yerləşdirildiyi bazardır. Əslində, ilkin bazar səhmlərin və ya istiqrazların buraxıldıqdan dərhal sonra yerləşdirildiyi birjadır — mallar buraya birbaşa istehsalçıdan gəlir. İlkin qiymətli kağızlar bazarının əsas funksiyaları bunlardır: buraxılışın təşkili; yerləşdirmə və uçot; tələb və təklif arasında balansın saxlanması.Alıcılar satınalmaları necə ləğv edəcəklərinə qərar verə bilərlər: dividendlər üçün saxlayın və ya mənfəət üçün yenidən satın. Eyni zamanda, səhmlərin ilkin bölgüsü heç vaxt yekun deyil, əslində bu, kapitalın sonrakı hərəkəti üçün yalnız başlanğıcdır. Əksər investorlar öz əmanətlərində dinamik artımda maraqlı olduqlarından, gec-tez bütün aktivlər ikinci dərəcəli ticarət mərtəbələrində başa çatır. Yeni buraxılmış qiymətli kağızları almış istənilən birja üzvü onları hərraca çıxarmaq hüququna malikdir (emitentin satış üçün xüsusi şərtlər müəyyən etdiyi hallar istisna olmaqla). İlkin yerləşdirmənin iki növü mövcuddur — özəl və ictimai. Şəxsi yerləşdirmə (ing. private placement). Bu zaman qiymətli kağızlar paketi məhdud sayda şəxslərə (bir qayda olaraq, bir və ya iki institusional investora) satılır.
Aktivlərlə təmin edilmiş qiymətli kağızlar
Aktivlərlə təmin edilmiş qiymətli kağızlar — dəyəri və ödənişləri müvafiq əsas aktivlər hesabına formalaşan qiymətli kağızlar. Qiymətli kağızların bu formaları adətən avtomobil kreditləri və kredit kartı ödənişləri kimi kiçik və qeyri-likvid aktivlərin sekuritləşdirilməsi yolu ilə yaradılır. İnvestorlar üçün bu cür qiymətli kağızlar korporativ borc alətlərinə investisiya yatırmağa alternativ hesab olunur. == İstinadlar == == Əlavə ədəbiyyat == Ежегодник: Энциклопедия российской секьюритизации Финансовый глоссарий: ипотека и секьюритизация (Moody's Investors Service. 2007. Glossary of mortgage finance and secularization terms (Russian). World Bank Glossary) Федеральный закон "Об ипотечных ценных бумагах" от 11.11.2003 N 152-ФЗ Jason H. P. Kravitt, Securitization of Financial Assets, Second Edition, Aspen Publishers, New York, New York, 2005. Steven L. Schwarcz, Structured Finance A Guide to the Fundamentals of Asset Securitization, November 1990, Second Printing, Practicing Law Institute. McLean, Bethany (2007). «Asset Backed Securities: The Dangers of Investing in Subprime Debt», Fortune.
взыска́тельный коксова́ться кочерга́ накрахма́ленный ортодо́кс подсека́ть распе́чь шерша́вый встать на сторону по-слове́нски пилигрим шпага bomb raid Cumberland Mountains four-star inexactness metaphysics sabbat well-trodden берет довинтить дополнение кремнезём присоединять сизигийный